Emin Ağalarovdan Leyla Əliyevaya doğum günü təbriki - FOTOLAR

  • By admin
  • 03 İyul 2022 12:33

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva doğum gününü qeyd edir.

Gununsesi.info xəbər verir ki, bu münasibətlər Xalq artisti Emin Ağalarov instaqramda L.Əliyeva və oğulları ilə birgə hesabında fotolar paylaşaraq təbrik sözlərini yazıb:

“Doğum günün mübarək, əziz Leyla. Bu özəl gündə sənə ən xoş arzularımı çatdırıram. Bu, möhtəşəm övladlarımıza görə sənə təşəkkür edirəm. Daimi dəstəyinə və dostluğuna görə minnətdaram”.

Qeyd edək ki, fotolarda Emin Ağalarov və Leyla Əliyevanın əkizləri Əli və Mikayıl, Əminə yer alıblar.