Erməni ordusu 38 hərbçisini itirib

  • By admin
  • 14 Avqust 2017 11:36

ermeni

Rəsmi məlumatlara görə, 2017-ci ilin yanvarından iyulun 31-dək Ermənistan Silahlı Qüvvələri 38 hərbçisini itirib.

Gununsesi.info 1in.am-a istinadən xəbər verir ki, hərbçilərin heç də hamısı döyüş şəraitində ölməyib.

Erməni hərbçilərin ölüm statistikası 3 qrupa bölünür. Onların bir qismi döyüş şəraitində ölübsə, digər iki qrup sülh şəraitində, hərbi hissələrdə baş alıb gedən qanunsuzluq, hərc-mərclik nəticəsində baş verib.

Artıq bununla bağlı Helsinki Vətəndaş Assambleyasının Vanadzosrski ofisi Ermənistan ordusunda baş verən qanunsuzluqlar və problemlərlə bağlı bəyanat yayıb.

Təşkilatın yaydığı bəyanatda orduya çağırışçı planı dolmadığından səhhətində ciddi problem olan  gənclərin çağırılması ilə də bağlı həyəcan təbili çalıb. Bəyanatda deyilir ki, hakimiyyətin yürütdüyü siyasət nəticəsində Ermənistanda sürətli köç  gənclərin hərbi çağırışında ciddi problem yaradıb. Belə ki, ölkədən kütləvi köç nəticəsində hərbi çağırış planı doldurmaq mümkün olmadığından orduda plan xəstə gənclər hesabına doldurulur.  Səhhətində ciddi problem olan gənclərin hərbiyə çağrılması nəticəsində ordunun döyüş qabliyyəti zəifləyir. Bu da orduda ölüm sayının artamasına səbə olur. Ölüm səbəbinin artmasına yol açan digər əsas səbəblərdən biri də orduda nizamnamə qaydalarının kobud surətdə pozulmasıdır. Məhz bu səbəblər nəticəsində son illərdə Ermənistan ordusunda ölüm sayı xeyli artıb.

1in. am-ın yazdığına görə, orduda ölümə yol açan səbəblərdən biri əgər bitməyən müharibədirsə, digər tərəfdən orduda baş alıb gedən qanunsuzluqların, özbaşınalığın və nizamnamə qaydalarının pozulmasıdır. Ona görə də Ermənistan cəmiyyəti artıq mənəvi cəhətdən yorulduğundan orduda baş verənləri “ətkəsən maşın” hesab edirlər.

Ordu dövlətin və müstəqilliyin əsas atributlarından biri hesab olunsa da, orduda baş verən ölüm halları erməni cəmiyyətində ölkənin müstəqilliyi ideyasına olan inamı sarsıdır və günbəgün öldürür.

Hazırladı Mürtəza

Gununsesi.info