Vuçiç istefa verəcəyini açıqladı

Serbiya Prezidenti Aleksandr Vuçic iyunun 27-də deyib ki, bir neçə həftə içində istefaya gedəcək. O həmçinin ölkədə erkən prezident və parlament seçkilərinin keçiriləcəyini də bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o özü Belqraddakı hökumət tərəfdarlarının mitinqində deyib:

“Cəmi bir neçə həftə prezident olacağam və sonra istefa verəcəyəm” 

O həmçinin özünün üzvü olduğu Serbiya Proqressiv Partiyasına seçkidə qələbə qazanması üçün yardım edəcəyini bildirib.
Vuçicin açıqlaması ölkədə 1.5 il davam edən antikorrupsiya etirazlarından sonra baş tutub. Etirazlara tələbələr rəhbərlik edib. Bütün ölkəyə yayılan mitinqlər Novi Sad şəhərində 16 nəfərin ölümü ilə nəticələnən dəmiryol stansiyasının çökməsindən sonra başlayıb.

Serbiya liderinin ikinci prezidentlik dönəmi 2027-ci ilin ortalarında bitməli idi.

Gununsesi.info