ABŞ və Livan İsrailin təhlükəsizlik zonası hüququnu tanıdı

ABŞ və Livan İsrailin cənubi Livan ərazisində təhlükəsizlik zonası saxlamaq hüququnu tanıyıblar.

Gununsesi.info  xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.

Netanyahu bəyan edib ki, əldə edilən razılaşmaların bir hissəsi olaraq, ABŞ və Livan İsrailin Cənubi Livanda təhlükəsizlik zonası saxlamaq hüququnu rəsmən qəbul ediblər. Baş nazir həmçinin pilot layihənin tərkib hissəsi olaraq, İsrailin Cənubi Livandakı iki zonadan – biri təhlükəsizlik zonasından kənarda, digəri isə onun daxilində yerləşən ərazilərdən qoşunlarını çıxarmağı planlaşdırdığını etiraf edib.

Mətbuat konfransında Netanyahu əvvəllər Vaşinqtonda imzalanmış Livanla çərçivə sazişini “tarixi addım” adlandırıb: “Bu saziş bizə münaqişəyə son qoymaq istiqamətində irəliləməyə imkan verir”.

Gununsesi.info