Ermənistanda inqilab dalğasının başlayacağı bildirilir

  • By admin
  • 09 Avqust 2016 13:12

 

ermenistan

 

Ermənistanda vətəndaş qüvvələri iyulun 17-də post-patrul xidməti alayının binasını ələ keçirən “Sasna srer” qrupunun üzvlərinin azadlığa buraxılmasını tələb edirlər.

Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, əks təqdirdə ölkədə yeni inqilab dalğasının başlayacağı bildirilir.

İrəvan artıq mitinqlərin mərkəzinə çevrilib. Ölkə inqilabın astanasındadır. “Təsis parlamenti” hərəkatının üzvləri hökuməti Ermənistandakı özbaşınalıqlara son qoymağa çağırıb. Hərəkatın yaydığı bəyanatda deyilir ki, ölkədə bütün sahələr tənəzzülə uğrayıb. İstər iqtisadi, istərsə də siyasi baxımdan Ermənistan durğunluq dövrünü yaşayır. Əhalinin güzarını olduqca ağırdır, əməkhaqqı aşağıdır. Ermənistanda heç bir sahədə dünya bazarına çıxış mümkün deyil. Ölkədə prioritet elan edilən və böyük ümidlərin bağlandığı sahələri də böhran bürüyüb. Bu səbəblərdən də “Təsis parlamenti” hərəkatını yaradan qüvvələr hökumətin istefasını istəyirlər. Mitinqdə post-patrul xidməti alayının binasını ələ keçirən “Sasna srer” qrupunun üzvlərinin azadlığa buraxılması isə əsas tələb kimi qoyulub.

Qeyd edək ki, Ermənistanda baş prokurordan sonra polis sistemində də istefalar başlayıb. İrəvan şəhər polis idarəsinin rəisi Aşot Karapetyan vəzifədən azad edilib. İyulun 17-də baş verən üsyanın qarşısını ala bilmədiyi üçün bir neçə yüksək çinli polis əməkdaşı isə intizam cəzasına məruz qalıb və şiddətli töhmət alıb.

Gülnaz Qənbərli

Gununsesi.info