
Gununsesi.info-nun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri aprelin 13-ü aat 11: 00-dan etibarən Ağdamın Üzündərə adlanan ərazisində hərbi təlimlərə başlayıblar. Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən ağır artilleriya qurğularından istifadə edirlər.
Rayon sakinlərinin Gununsesi.info-ya verdikləri məlumata əsasən, təlimlərdə istifadə edilən ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri ərazinin bütün yaşayış məntəqələrində eşidilir.
Gülnaz Qənbərli
Gununsesi.info












