“Ermənilər aprel ayındakı döyüşlərdə yazdıqlarından ən azı 3-4 dəfə çox itki verib” - POLİTOLOQ

  • Müəllif: admin
  • 17 Yanvar 2017 13:25
Elxan Shahinoglu
Ermənilərin cəbhə bölgəsində itirdiyi hərbçilərini sayı bir daha sübut edir ki, münaqişənin güc yolu ilə həlldir.
Gununsesi.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu 2016-ci ildə Ermənistanın  verdiyi itkilərlə bağlı məsələyə mövqeyini açılayarkən deyib.
Onun sözlərinə görə, erməni saytlarından biri Ermənistanın cəbhə bölgəsindəki itkiləri ilə bağlı maraqlı statistika açıqlayıb. “Deməli 2016-cı ildə Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanla sərhəddə itkilərinin sayı 166 nəfərdir. Bunlardan 147 nəfəri hərbi xidmətdə olanlar, 18 nəfəri isə könüllüdür. 109 nəfər döyüşdə, 57 hərbçi isə qeyri döyüş şəraitində öldürülüb. Bu statistikanı yayan erməni saytı iki maraqlı müqayisə də aparıb. Birincisi, 2015-ci ildə Ermənistanın itkiləri 76 nəfər idi, yəni özlərinin yazdığına görə itkiləri iki dəfə artıb. İkincisi, saytın yazdığına görə 1994-cü ildən bu yana ilk dəfədir Ermənistan cəbhə bölgəsində könüllülərini itirir”-deyə, politoloq vurğulayıb.
E.Şahinoğlu əlavə edib ki, əslində Ermənistanın 2016-cı ildəki itkiləri bundan dəfələrlə çoxdur, gizlətməyə çalışırlar, tək elə aprel ayındakı döyüşlərdə yazdıqlarından ən azı 3-4 dəfə çox itki veriblər.
“Ancaq tutalım ki, erməni saytının yazdığı doğrudur, itkiləri elə yazılan kimidir. İqtisadiyyatı və əhalisi ilbəil kiçilən Ermənistan üçün 166 gəncini itirməsi faciədir. Çünki əhali artmır, olan-qalan gənclər isə ya döyüşlərdə ölür, ya da ölkəni tərk etmək barədə düşünürlər. Aprel döyüşləri bu prosesi daha da sürətləndirib. Bu statistika bir daha ondan xəbər verir ki, işğalçıya qarşı hərbi təzyiq ən doğru yoldur”- deyə, o, bildirib.
Mürtəza
Gununsesi.info