Prokurorluğun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - SƏRƏNCAM

  • Müəllif: Firuzə
  • 28 Sentyabr 2026 10:42

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info  xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib:

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi

Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru

 

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi

Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

 

Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

 

“ədliyyə general-mayoru” ali hərbi rütbəsi

Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.

Gununsesi.info