Ermənilər cəbhədə təxribat törətdi

  • Müəllif: admin
  • 04 İyun 2017 10:39

980506-A-1200M-002 	Two U.S. Army soldiers launch a mortar round on the live fire range at Glamoc, Bosnia and Herzegovina, on May 6, 1998.  These 2nd Armored Cavalry Regiment soldiers are deployed to Bosnia and Herzegovina as part of the Stabilization Force in Operation Joint Guard.  DoD photo by Pfc. R. Alan Mitchell, U.S. Army.

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (5 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm və Cəfərli kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Gununsesi.info