Ermənilər Kəlbəcər suyunun istehsalına başladılar - BAŞ NAZİR QARABAĞA GƏLDİ + FOTOLAR

  • By admin
  • 17 Avqust 2017 08:50

78787

Ermənistanın baş naziri Karen Karapetyan qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Xəbər verildiyi kimi, o, yay tətilini Qarabağda keçirməyə qərar verib.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, Qarabağdakı separatçı rejimin “baş naziri” Araik Arutyunyan K.Karapetyanla Kəlbəcər rayonu hüdudlarında yaradılmış Şaumyan rayonunda görüşüb.

Daha sonra onlar işğal zonasında reallaşdırılan iqtisadi layihələrlə tanış olublar. Arutyunyan və Karapetyan Qarabağa Ermənistandan çəkilən ikinci yolun – Vardenis-Ağdərə avtomagistralının tikintisi ilə tanış olublar. Bu yolun xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.

Bundan sonra onlar Kəlbəcərdəki su zavodunun təməlqoyma mərasimində iştirak ediblər. İşğalçılar iddia ediblər ki, bu layihənin reallaşması nəticəsində ilkin mərhələdə 50 nəfər işlə təmin olunacaq. İşğalçılar suyun ixracını da planlaşdırırlar.

İşğalçı ölkənin baş naziri və separatçıların nümayəndəsi həmçinin “Lev-1” və “Djermadjur” hidroelektrik stansiyalarına da baş çəkiblər. İşğalçı ölkənin baş nazirinin özgə torpağına başını soxmasına isə hələlik beynəlxalq təşkilatlardan və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən kimsə reaksiya verməyib.

news-detail
news-detail
news-detail

Gununsesi.info