Ermənistan Azərbaycan ərazilərində təlimlər keçirir

  • Müəllif: admin
  • 29 Noyabr 2017 12:16

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti təlimlər keçirir.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlər saat 11:00 radələrində başlayıb.

Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur. Atəş səsləri cəbhəboyu yaşayış məntəqələrində eşidilir.

Gununsesi.info