Ermənistanda 200-ə qədər aksiya iştirakçısı saxlanılıb

  • By admin
  • 22 Aprel 2018 17:20


Bu gün saat 15.00-a qədər İrəvanda sabiq prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak edən 192 nəfər saxlanılıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Azatutyun” radiosu Ermənistan Polisinə istinadən məlumat yayıb.

Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan i Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.

Ermənistan Konstitusiyasına əsasən deputatlara qarşı cinayət işi yalnız parlamentin icazə verməsindən sonra açıla bilər.

Gununsesi.info