Ermənistanda hərbi maşın aşdı - 11 əsgər yaralandı

  • By admin
  • 06 İyul 2016 14:02

 

qeza

Ermənistanın Azərbaycanla sərhəd Sünik vilayətində “QAZ-66” markalı hərbi yük avtomobilinin iştirakı ilə qəza baş verib.

Gununsesi.info Virtualaz.org-a istinadən xəbər verir ki, qəza nəticəsində avtomobil aşıb və 11 əsgər yaralanıb.

Yaralılar Qafandakı tibb mərkəzinə aparılıb. Onların vəziyyətinin ağır olmadığı bildirilir.