Ermənistanda revanşist qüvvələr AKTİVLƏŞİB

  • By admin
  • 18 Yanvar 2021 14:00

 Ermənistanda 10 noyabr üçtərəfli bəyanatı ilə razılaşmayan qüvvələr aktivləşib.

Gununsesi.org Modern.az-a istinadla xəbər verir ki, müxalifətdə olan “İşıqlı Ermənistan” partiyası parlamentdə həmin bəyanatın ölkə qanunlarına uyğun olub-olmaması barədə müzakirə açmaq istəyib. Məsələnin parlamrntin gündəliyinə salınması üçün səsvermə də keçirilib.

“Məsələnin gündəliyə salınmasına 40, buna qarşı isə 73 deputat səs verib. Məsələyə gündəliyə salınmayacaq” – deyə spiker Ararat Mirzəyan açıqlama verib.

İqtidardakı “Mənim addımım” fraksiyası üçtərəfli bəyanatın müzakirə olunmasının parlamentin səlahiyyətləri çərçivəsində olmadığını açıqlayıb. Müxalifət fraksiyaları isə əslində rəsmi Yerevanın kapitulasiya elan etdiyi həmin sənədin ölkə qanunları ilə uzlaşmadığını iddia edir.

Gununsesi.or