Ermənistanın destruktiv hərəkətləri müharibəyə səbəb olacaq - POLİTOLOQ

  • By admin
  • 11 May 2017 13:04

elxan sahinoglu

İşğal altındakı torpaqlarda infrastruktur işləri və köçürülmə müharibəyə səbəb olacaq.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu ermənilərin Kəlbəcərdə və digrər işğal altında olan Azərbaycan ərazilərində infrastruktur layihələrinin icrası, eyni zamanda köçürülmə faktı ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib.

Politoloq bildirib ki, separatçıların işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı rejimin “paytaxtı” Şuşaya köçürməsinə, Kəlbəcərdə məktəb, uşaq baxçası, xəstəxana və su elektrik stansiyasının tikintisinə hər vasitə ilə mane olmaq lazımdır: “Necə ki, rəsmi Bakı separatçıların Xankəndidə təmir etdiyi hava limanının istifadəsinə əngəl olursa və separatçılar qorxularından bu hava limanından istifadə edə bilmirlərsə, təyyarələr enib-qalxmırsa, eyni taktikadan Şuşa və Kəlbəcərlə bağlı da istifadə etmək lazımdır”.

Onun sözlərinə görə, separatçı rejimin son zamanlar birdən-birə belə təxribat xarakterli hərəkətlərə əl atmasının arxasında böyük məkrli plan dayanır. “Axı, hansı qüvvədir ki, seprataçıların bu təxribat xarakterli hərəkətlərinin təhlükəsizliyinə zəmanət verir?! Odur ki, bununla bağlı olaraq dərhal Minsk Qrupu həmsədrləri Bakıya çağırılmalı və onlar baş verənlərin hansı nəticələrə gətiriləcəyindən xəbərdar edilməlidirlər”- deyə, o vurğulayıb.

Politoloqun fikrincə, ümumiyyətlə beynəlxalq aləmə elan olunmalıdır ki, işğalçı Ermənistanın bu cür destruktiv hərəkətlərini davam etdirməsi, işğal altındakı torpaqlarda infrastruktur işləri və köçürülmə nəticədə müharibəyə səbəb olacaq.

Mürtəza

Gununsesi.info