Ermənistanın Dilqəm Əsgərov və Şahbaz Quliyevi də azad etməsini istərdik - XİN

  • Müəllif: admin
  • 05 Fevral 2019 22:53

Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağ terrorçularının girov götürdüyü Elnur Elman oğlu Hüseynzadənin azad edilməsinə münasibət bildirib.

XİN sözçüsü Leyla Abdullayeva Axar.az-a açıqlamasında bildirib ki, Ermənistanın Dilqəm Əsgərov və Şahbaz Quliyevi də azad etməsini istərdik.

Qeyd edək ki, 2017-ci ilin 2 fevralında cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunu girov götürüb.

“Sputnik Ermənistan”a açıqlama verən qondarma rejim liderinin “mətbuat katibi” David Babayan Hüseynzadənin üçüncü ölkəyə göndəriləcəyini bildirib.