“Eşq olsun Ukraynaya!” - Saakaşvili

  • By admin
  • 28 May 2019 19:36

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

“Gununsesi.org”un məlumatına görə, Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru olan Saakaşvili bu haqda Facebook hesabında paylaşım edib. Tanınmış siyasətçi Ukrayanın yeni prezidentinə sözügedən qərarına görə təşəkkürünü bildirib.

“Eşq olsun Ukraynaya!”, – deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə 2016-ci ilin mayında Ukraynanın keçmiş prezidenti Petro Poroşenko tərəfindən təyin edilmişdi. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırmış və vətəndaşlığını əlindən almışdı. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoymuşdu.