“Etikanı pozan millət vəkilinin fəaliyyətinə xitam verilməsi narahatedici məsələdir” - Kərimli də əndişəlidir

  • By admin
  • 26 İyul 2016 13:51

404365676

 

“Parlament və deputatların fəaliyyəti ilə bağlı Konstitusiyaya dəyişikliklərin referenduma çıxarılması məsələsi məndə də müəyyən narahatlqlar yaradır. Ümid edirəm ki, deputatalrın etik qaydaları pozmasına görə, deputatalıq statsusundan məhrum edilməsi məsələsi müəyyən mərhələdə ləğv ediləcək”.

Bunu Gununsesi.info-ya açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, bəzi müxalifət qüvvələrinin səsələndirdiyi kimi, Konstitusiyaya ediləcək dəyişikliklər heç də qanuna zidd deyil. “Əksinə qanunvericilikdəki bəzi boşluqlar aradan qaldırılaraq, təkmilləşdirilib. Elə götürək prezidentin parlamenti buraxması ilə bağlı məsələnin referunduma çıxarılmasına. Əgər parlamentin ölkə başçşısına impiçment göstərmək hüququ var idisə, prezidentin isə öz növbəsində parlamenti hansı şəraitdə buraxması ilə bağlı mexanizm yox idi. Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər nəticəsində bu mexanizm artıq müəyyənləşib və burada hər hansı qanunazidd və ya parlamentin fəaliyyətini məhdudlaşdıracaq problem yoxdur. Çünki bu, beynəlxalq praktikada da mövcuddur və digər ölkələrdə də ölkə başçısının parlamenti buraxmaq mexanizmi mövcuddur. Bu mexanizm Azərbaycanda yox idi və bu da qanunvericilikdə müəyyən boşluq yaradırdı. İndi isə Konstitusiyaya ediləcək dəyişiklikdə öz əksini tapıb. Bu dəyişiklik də Azərbaycan Konstitusiyann 107-ci maddəsi ilə uzlaşdırılıb. Yəni, orada açıqcasına göstərilib ki, prezident hansı şəratidə parlamenti buraxa bilər”-deyə, millət vəkili vurğulayıb. Millət vəkili onu da əlavə edib ki, hər zaman istənilən məsləyə subyektiv yanaşma olub və olacaq da: “Ancaq bəzi müxalif qüvvələrin bu məsələ ilə bağlı dedikləri hüquqi arqumentə deyil, siyasi motivə söykənir və ona görə də dediklərinin əsası yoxdur”. Bununla belə millət vəkili deyib ki, parlament və deputatların fəaliyyəti ilə bağlı Konstitusiyada nəzərdə tutulan bir sıra dəyişiklər onu ciddi narahat edir: “Xüsusən də etika qaydaları pozan millət vəkilinin deputatlıq səlahiyyətinin ləğv edilməsi ilə bağlı təklif. Yəni, etik qaydaları pozan millət vəkilinin fəaliyyətinə xitam verilməsi narahatedici məsələdir. Bu parlamentin nüfuzunu bir qədər aşağı salır. Hesab edirəm ki, bu dəyişiklik aradan götürülməlidir. Çünki bu müddəa deputatın başı üzərində bir “domokl qılıncı”na çevriləcək. Bu dəyişiklik qəbul ediləcəyi təqdirdə deputatların istənilən hərəkəti etik qaydanı pozmaq kimi dəyərləndirlib fəaliyyətinə xitam verilə bilər və bu, təhlükəli məqamdır. Buna bir daha baxmaq lazımdır. Belə ki, digər ölkələrin  parlamentində də hətta, dava düşür, aqncaq onların fəaliyyətinə xitam verilmir. Bu və digər bir neçə məsələ var ki, onlara baxıb düzəliş etmək olar. Düşünürəm ki, Milli Məclisin fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər oradan çıxarılmalıdır. Bir neçə dəyişiklikdən başqa digər təklifləri mən məqbul hesab edirəm və bu dəyişikliklər ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına, insan hüquq və azadlıqlarınn daha təkmil formada müdafiəsinə yönəlib”.

Mürtəza Bünyadlı

Gununsesi.info