Evlənmək istəyən 97 nəfərdə QİÇS aşkarlandı

  • By admin
  • 05 İyul 2016 16:32

nigah

 

 

“13 ay müddətində 152 min 659 nəfər nikaha girmək üçün müayinə olunub. Onlardan 7503 nəfərdə talassemiya daşıyıcılığı, 507 nəfərdə sifilis, 97 nəfərdə QİÇS aşkarlanıb. Eyni zamanda nikaha girmək istəyən 58 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb”. Gununsesi.info-nun məlumatına görə, bu haqda B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, təkcə iyun ayında 12 min 959 nəfər nikaha girmək üçün tibbi müayinədən keçib: “Həmin şəxslərdən 332 nəfərində talassemiya daşıyıcılığı, 49 nəfərdə sifilis, 12 nəfərdə QİÇS aşkarlanıb. Talassemiya daşıyıcısı olan ailələrdə hamiləlik müşahidə edildiyi zaman onlar tibbi müayinədən keçirlər. Bu günədək 20 cütlükdə hamiləlik müşahidə edildiyi üçün müraciət edib. Onlar 12-18 həftəliyində perinatal diaqnostikadan keçir və dölün talassemiya daşıyıcısı olub, olmadığı müəyyən edilir. Keçən ay daha bir hamiləlikdə döldə talassemiya daşıyıcılığı aşkar edildiyi üçün hamiləlik sonlandırılmışdı. Bu, nikaha girənlərin tibbi müayinəsi tətbiq ediləndən bəri ikinci haldır”-, deyə o bildirib.

Gununsesi.info