Evlərə basqın edən şəxslər tutuldu - MASALLIDA

  • Müəllif: admin
  • 25 Aprel 2017 16:45

qandal-qolda

Masallıda evlərə basqın edən şəxslər tutulub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində soyğunçuluqla məşğul olan üç nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Aprelin 18-dən 19-a keçən gecə rayonun Qızılağac kəndində Səlimova Tinati, Mirzəyeva Xoşqədəm Hidayət qızı, Səfərova Hökumə Abduləli qızının yaşadığı mənzillərə maskalı şəxslər daxil olaraq, ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə ümumilikdə üç min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçiriblər.

Hadisələrdən dərhal sonra əməliyyat qrupu yaradılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində evlərə basqın etməkdə şübhəli bilinən üç nəfər Bakıda saxlanılıb. Saxlanılan şəxslər – Qızılağac kənd sakini Vüsal Əliyev, Bərdə rayon sakini Faiq Abışlı və Astara rayon sakini Amil Qənbərovdur.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info