
Bakıda silsilə oğurluq törədən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elbrus Məmmədovun ətrafında Qaradağ Rayon Polis İdarəsinin 10-cu və 38-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun mayın 5-dən 28-dək olan müddətdə rayon ərazisində 7 avtomobildən və 2 evdən ümumilikdə 1260 manat pul, maqnitofon, akkumulyator, səsgücləndiricilər, təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Həmçinin onun oğurladığı akkumulyatorlardan 2-ni Yasamal rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyən Türkiyə vətəndaşı Safi Oğuzhan Nevzada satması da müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Görülən tədbirlərlə S.Nevzad da tutulub.
Gununsesi.info












