Evləri su basdı - 10 AİLƏ TƏXLİYYƏ EDİLDİ

  • By admin
  • 04 Oktyabr 2017 22:07

yagis

Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyyəsi həyata keçirilir.

Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Gununsesi.info