Evsizlər üçün sığınacaq təşkil edilməyib - NAZİRLİK

  • By admin
  • 23 Noyabr 2016 11:00

signacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda evsiz insanlar üçün qarlı-şaxtalı havalarda müvəqqəti sığınacaqlar təşkil etməyib”.  

Bu haqda Gununsesi.info-ya ƏƏSMN-nin Çağrı Mərkəzindən bu haqda sosial şəbəkələrdə yayıan informasiyalara münasibət bildirərkən deyilib. Belə ki, noyabrın 22-dən başlayaraq, Bakıda və Bakı ətrafı qəsəbələrində havaların şaxtalı keçməsi və qar yağması  evsiz-eşiksiz insanlara problemlər yaradıb. Mərkəzdən bildirilib ki,  Bakıda müvəqqəti sığınacaqların yaradılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Nazirlik bu günlərdə Bakıda  heç bir sığınacaq təşkil etməyib. Bakının Nərimanov rayonu, Xətai prospekti 11, Nəsimi rayonu, S.Rüstəm küçəsi 69, Xətai rayonu, Sarayev küçəsi 20, Xəzər rayonu, A.Ildırım küçəsi 18 və Nizami rayonu, Q.Qarayev küçəsi 118 ünvanlarında 5 günlük sığınacaq mərkəzləri yaradılması ilə bağlı yayılan məlumatların 2016-cı ilə aidiyyatı yoxdur. Çünki həmin sığınacaqlar  2014-cu ildə Bakıda qarlı-şaxtalı hava şəraitində təşkil edilmişdi. Bu xəbər 2014-cü ilə aiddir”.

Gülnaz Qənbərli

Gununsesi.info