Fətullah Gülən 2 dəfə ömürlük həbs tələb edildi

  • By admin
  • 16 Avqust 2016 15:04

fetoye_bir_darbe_de_o_ulkeden_1469993799_4728

Bu gün Türkiyədə Fətullahçıların 1984-cü ildən fəaliyyət göstərən “Hizmət” təşkilatı və “Paralel dövlət” işinin istintaqı ilə bağlı aparılan və 1 il davam edən istintaqdan sonra məhkəmə iddianamə qəbul edib.

Gununsesi.info “Habertürk”ə istinadən xəbər verir ki, bu sənədi Uşak rayon İkinci Ağır Cəza Məhkəməsi təsdiq edib.

2 527 səhifəlik iddianamədə Fətullah Gülən əsas şübhəli qismində yer aldığı göstərilir.

Uşak rayon Prokurorluğu tərəfindən hazırlanan iddianaməsində 111 şübhəli şəxs silahlı terror təşkilatı qurmaq və idarə etmək, terroru maliyyələşdirmək, Konstitusiya quruluşunu dəyişməyə cəhd göstərmək, hökuməti aradan qaldırmağa təşəbbüs və dələduzluqda təqsirli bilinir.

Həmin şəxslərə 2 ildən tutmuş ömürlük həbsə qədər müxtəlif cəzalar tələb edilir.

İddianaməyə görə,Fətullah Gülən zorakı yolla Türkiyənin Konstitusiya quruluşunu dəyişmək, hökuməti devirməyə təşəbbüs göstərmək, silahlı terror təşkilatı qurmaq, idarə etmək, insanların dini inanc və duyğularından sui-istifadə edərək dələduzluq etmək, terroru maliyyələşdirməkdə ittiham edilir.

Sənəddə Gülən haqqında 2 dəfə ömürlük və 1900 il həbs cəzası tələb olunur.

Gununsesi.info