Avropa Komissiyası “Facebook”u 110 milyon avro cərimələdi - "WHATSAPP"A GÖRƏ

  • Müəllif: admin
  • 18 May 2017 15:00

591d7dfb711ce_1cerime698240_497008

Avropa komissiyası cümə axşamı Facebook sosial şəbəkəsini Whatsapp ismarıc xidmətini alarkən yalan məlumat vermək iddiası ilə 120 milyon dollar məbləğində cərimələyib.

Gununsesi.info-nun məlumatına görə bəyanatda deyilir:

“Bugünkü qərar şirkətlərə sərt mesaj göndərir ki, onlar Aİ qaydalarını yerinə yetirməli, o cümlədən düzgün məlumat verməlidirlər”, Aİ-nin rəqabət üzrə komissarı bəyanatında bildirib.

Tənzimləyici 2014-ci ilin sonunda sosial sektorda rəqabət üçün təhlükə aşkar etmədikdən sonra, Whatsapp-ın alınmasına icazə verib.

Avropa Komissiyasının bəyanatına əsasən, Facebook, şirkəti alan zaman bildirib ki, “iki xidmətdə istifadəçilərin hesablarını əlaqələndirməyə imkan verən etibarlı avtomatlaşdırılmış sistem yarada bilmir”.

Lakin 2016-ci ilin avqustunda Facebook Whatsapp yenilənməsi barədə məlumatında bildirib ki, hesabları mobil nömrə ilə bir-birilə bağlamaq mümkündür.

Bundan sonra aparılan istintaq müəyyən edib ki, şirkət yanlış məlumatlar verib, Facebook və Whatsapp hesablarını əlaqələndirmək üçün texniki imkanlar 2014-ci ildən mövcud olub.

Oktyabr ayında Facebook yerli hakimiyyətlərin təzyiqi ilə Avropa İttifaqında istifadəçilərin məlumatlarının Whatsapp vasitəsilə yığımını müvəqqəti dayandırıb.

Gununsesi.info