Fermerlərə subsidiyalar bu əsas üzrə veriləcək - YENİ QAYDALAR

  • By admin
  • 07 Sentyabr 2021 11:52

2022-ci ildən başlayaraq fermerlərə istehsal olunan məhsulun həcmi üzrə subsidiyalar veriləcək.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, fermer daha çox məhsul istehsal etdikcə, daha çox subsidiya alacaq.

V.Hüseynov xatırladıb ki, əvvəl subsidiyalar sahibkar fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq verilirdi.

Qeyd edək ki, torpağın aqrokimyəvi analizinin nəticələrini “Elektron kənd təsərrüfatı” (EKTIS) məlumat sisteminə daxil etməyən sahibklarlara səpin üçün subsidiyalar ödənilməyəcək.

Gununsesi.info