FETÖ-çuların toplantısına belə basqın edildi

  • Müəllif: admin
  • 28 Mart 2017 19:33

8255934

 

Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunda Mütəşəkkil Cinayətkarlığa qarşı Şöbənin əməkdaşları FETÖ-çuların toplantısına basqın təşkil edib.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində həmin ünvanda olan 7 şübhəli şəxs saxlanılıb.

Toplantının keçirildiyi məkanda aparılan araşdırma nəticəsində müxtəlif rütbə və vəzifələrin əks olunduğu kağızlar və Fətullah Gülənə aid olduğu ehtimal edilən paltarlar tapılıb.

Ünvanda aşkar edilən mobil telefonlar isə təhqiqat aparılması üçün polis əməkdaşları tərəfindən müsadirə olunub.

 

Gununsesi.info