FETÖ-çünün gizli “sevgilisi” ilə bağlı yeni faktlar

  • Müəllif: admin
  • 04 İyul 2017 11:45

595b363a0f25443340ac97d3

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ordu Respublika Prokurorluğu FETÖ terror təşkilatına qarşı apardığı əməliyyatları nəticəsində yeni faktlar əldə edib.

Bir müddət əvvəl İzmirdə yaşayan 29 yaşlı psixoloq Pınar Y.-nin telefonunda təşkilat üzvlərinin istifadə etdiyi xəbərləşmə proqramı olan “ByLock” aşkarlanmışdı. Lakin psixoloq verdiyi ifadədə bu proqramı evli olan sevgilisi Ordu Polis rəisi Hakan Kırmancı ilə danışmaq üçün yüklədiyini iddia etmişdi. Onların hər ikisinin sözlərinə görə, aralarında gizli sevgi yaşanır. Bu səbəbdən polis Pınar Y.-ni azadlığa buraxmışdı.

Lakin bu günlərdə əldə olunan məlumata görə, FETÖ ilə bağlılığını inkar edən gənc psixoloq həmin sevgi nağılını terror təşkilatı ilə əlaqəsini ört-basdır etmək üçün ortaya atıbmış. Pınar Y. işlədiyi Dokuz Eylül Universitetindən uzaqlaşdırılıb. Barəsində axtarış tədbirləri həyata keçirilir.

Onu da qeyd edək ki, keçmiş polis rəisi Hakan Kırmancı barəsində həbs qərarı çıxsa da, o, Yunanıstana qaçıb.

Gununsesi.info