FETÖ ilə əlaqəsi olan kapitan azadlığa buraxıldı

  • Müəllif: admin
  • 08 Yanvar 2018 22:06

Türkiyədə FETÖ ilə əlaqəsini etiraf edən kapitan şərti azadlığa buraxılıb.

Gununsesi.info xəbər verir ki, Burak Akın adlı kapitan Ankarada 15 iyul çevriliş cəhdində güllə yarası alaraq xalq tərəfindən qəhrəman elan edilmiş, hadisələrdən sonra iddialı davranaraq dövlətdən rəsmi medal qazana bilmişdi.

Əsl həqiqət isə son günlərdə üzə çıxıb. Belə ki, Baş Prokurorluq tərəfindən dindirilən Akın FETÖ ilə əlaqəsini etiraf edib.

O, çevriliş cəhdindən bir gün əvvəl əsgərlərin toplaşdığı düşərgəyə gəlmiş, səhəri gün isə baş verən insident nəticəsində təsadüfən yaralanıbmış.

Kapitan dindirilmə zamanı öz peşmanlığını dilə gətirib və bildirib ki, FETÖ-nün etdiklərini gördükdən sonra onlarla əlaqəni tam kəsib.

Bu səbəbdən Burak Akın azadlığa buraxılıb.

Gununsesi.info