FETÖ liderinin diş həkimi həbs edildi

  • By admin
  • 14 Oktyabr 2016 12:18

dis

FETÖ lideri Fətullah Gülənin diş həkimi Dr. Əli İlker Baştan həbs edilib.

Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, İstanbuldakı bir diş klinikasında işləyən Dr. Əli İlker Baştan tez-tez Amerikaya gedərək Fətullah Gülənin dişlərini müalicə etdiyi müəyyən olunub. Eyni zamanda, Baştanın çalışdığı diş klinikası terrorçuların bazası çıxıb.

Baştanın tanınmış basketbolçu Enes Kanter, sabiq prokurorlar Zekeriya Öz və Celal Kara ilə birgə çəkdirdiyi fotoşəkilləri “Twitter”də paylaşması onun ələ verib. Baştan “Twitter”də paylaşdığı fotoşəkillərin altında isə “FETÖ qardaşlığı”, “Qaçan-köçən yox” deyə şərh yazıb.

Baştan FETÖ lideri ilə əlaqədar istintaqa verdiyi ifadəsində “Tanımam, Bilməm” deyə cavablandırıb. Amma istintaqın gedişi zamanı Gülənin daimi həkimi Qüdrət Ünal və gündəlik işlərdə ona kəmək edən Saleh Dinçerlə tez-tez telefon əlaqəsi saxladığı ortaya çıxıb.

Anar
Gununsesi.info