“FETÖ-nün fəaliyyət göstərdiyi 160 ölkəni diqqətli olmağa çağırırıq” - AKP SƏDRİNİN MÜAVİNİ

  • By admin
  • 14 İyul 2017 13:12

KULTUR VE TURIZM BAKANI MAHIR UNAL, ISTANBUL'DA DUZENLENEN GENEYDOGU AVRUPA ULKELERI KULTUR BAKANLARI KONSEYI TOPLANTISI SONRASI BASIN ACIKLAMASI YAPTI. BAKAN UNAL ACIKLAMA SONRASI BASIN MENSUPLARININ SORULARINI YANITLADI. FOTO:OZKAN ARSLAN/ISTANBUL,(DHA)

Bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiya sözçüsü Mahir Ünal bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, M.Ünal Mesopotomiya, Şimali Afrika və Anadolunun qədim insan məskənləri olduğunu söyləyib.

Ünal Soyuq Savaşın başa çatması, SSRİ-nin, iki qütblü dünyanın təkqütblü, əslində çoxqütblü dünyaya çevrilməsi ilə Türkiyədə də dəyişiklik yaşanmağa başlanıb: “Bu dəyişikliyin təzahürü olaraq Türkiyədə xalqın istəklərini nəzərə alan AKP hakimiyyətə gəldi. Bir xalq hərəkatı olan AKP bir çox problemlərlə, qapadılma təhlükəsi ilə qarşı-qarşıya qaldı. AKP rasional yanaşma ilə bu təhlükələri dəf etdi. Ancaq vətəndaş cəmiyyəti institutu görünüşündə bir terror təşkilatı – Fətullahçı Terror Təşkilatı dövlət strukturlarına sızmışdı. 2013-cü ilə qədər nə üçün FETÖ-nu aşkara çıxarmadığımız barədə sual verirlər. 40 illik keçmişi olan FETÖ guya demokratiyanı, dəyişikliyi müdafiə edən bir hərəkat kimi çıxış edirdilər. Ancaq 2013-cü ildə biz kənardan əmr alaraq hərəkət edən bir qurum olduğunu gördük. Bir anda Pensilvaniyaya gedib-gələn jurnalistlərin, digərlərinin zombiyə çevrildiyini gördük. Bəzən bizə deyirlər ki, 2013-cü ildə rüşvətxorluq və korrupsiya ittihamı ilə həbs edilənləri, saxlanılanları niyə müdafiə edirsiniz. 2013-cü il 17-25 dekabrda hüquq adı altında çevriliş cəhdindən sonra onların mahiyyəti məlum oldu. Eyni təşkilatın üzvü olan prokuror ittiham irəli sürür, hakim qərar verirdi”.

AKP sədrinin müavini nəzərə çatdırıb ki, 20 il əvvəl Çində bir mülki şəxsin tank önünə çıxmasından dünya illərlə bəhs etdi: “Ancaq 2016-cı il iyulun 15-də Türkiyə xalqı FETÖ-nün hərbi çevriliş cəhdinə qarşı çıxdı, demokratiyanı, parlamenti, hökuməti müdafiə etdi. O gecə heç bir soyğunçuluq halı yaşanmadı. Analar tankların üzərindəki əsgərlərə dedilər ki, aldanmısınız. O gecə saxlanılanların hamısı ədalətə təslim edildi. Biz həmin gün insan haqlarının məhdudlaşdırılmasını ağlımıza belə gətirmədik. Biz ədalətə, insan haqlarına böyük önəm veririk. Bu hərbi çevriliş cəhdi insan haqlarına qarış yönəlmişdi”.

Ünal qeyd edib ki, FETÖ dünyada 160 ölkədə fəaliyyət göstərir: “FETÖ-nün fəaliyyət göstərdiyi 160 ölkəyə xəbərdarlıq edir və diqqətli olmağa çağırırıq. FETÖ-nün yatmış hücrələri fəaliyyətə keçən zaman Türkiyədə olduğ ğu kimi o ölkələr də böyük təhlükə, fəlakətlə üzləşə bilər”.

AKP sədri Türkiyədə söz azadlığının qorunmasına xüsusi önəm verdiyini vurğulayıb: “Ancaq 15 iyul hərbi çevriliş cəhdindən əvvəl bəzi mətbuat orqanlarında yazırdılar ki, iyulda yaxşı şeylər olacaq, Rəcəb Tayyib Ərdoğanın edam olunacağı barədə yazırdılar. Bu, nə dərəcədə jurnalistika ilə əlaqəlidir”.

Gununsesi.info