FETÖ-nün Malayziyadakı lideri tutulub

  • By admin
  • 05 May 2017 11:27

unnamed (9)

Malayziya polisi FETÖ-çu İsmət Özçelik adlı türkü milli təhlükəsizliyi təhdid xarakterli fəaliyyətlərinə görə həbs edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Malaziya polisi məlumat yayıb.

Belə ki, onun əməlləri ilə bağlı ətraflı məlumat verilməsə də, həmin şəxsin terrorçuluq fəaliyyətinə görə həbs olunduğu bildirilir.

Xatırladaq ki, mayın 3-də Malayziya polisi FETÖ-çu məktəb müdiri Turqay Qaraman və iş adamı İhsan Aslan adlı iki türkü milli təhlükəsizliyi təhdid xarakterli fəaliyyətlərinə görə həbs edib.

Anar
Gununsesi.info