FETÖ-nün Pensilvaniyadakı emissarı tutuldu

  • By admin
  • 02 Avqust 2016 16:19

saxlanma

Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdlə bağlı istintaq əsanasında ABŞ-ın Pensilvaniya ştatında Uidener Universitetində dərs deyən professor İsmayıl Kul və qardaşı Bursanın Orhangazi mahalında həbs edilib.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Mahal Təhlükəsizlik İdarəsinin əməliyyat qrupları aldıqları məlumat əsasında Muradıya məhəlləsində görünən İsmail Kulun maklerlik edən qardaşına aid evdə əməliyyat keçirib. Təhlükəsizlik əməkdaşları ABŞ-dan 15 İyulda Türkiyəyə döndüyü və eyni gün axşam saatlarında mahala gəldiyi öyrənilən 48 yaşlı İsmail Kulu və onun maklerlikə məşğul olan 42 yaşlı qardaşı Mustafa Kulu nəzarətə götürüblər. Pensilvaniyada FETÖ-nün rəhbəri Fətullah Gülən ilə tez-tez görüşdüyü iddia edilən Kul və qardaşı Orhangazi Təhlükəsizlik İdarəsinə aparılıb. Hazırda istintaq davam etdirilir.

Gülnaz Qənbərli

Gununsesi.info