Asim Mollazadə: “Ermənistandakı olaylar çox gözəl təşkil olunmuş şou səhnəsidir”

  • By admin
  • 02 Avqust 2016 16:14

asimmm

“Ermənistanda son günlərdə baş verən olaylar beynəlxalq ictimia rəyi Qarabağ mövzusundan uzaqlaşdırmaq üçün çox gözəl təşkil olunmuş şou səhnəsidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, Ermənistandakı son olaylar ilk növbədə Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqlar prosesindən beynəlxaql aləmi yayındırmağa yönəlib: “İrəvan bu yolla beynəlxalq aləmə mesaj vermək istəyir ki, Ermənistana Qarabağ məsələsində hər hansı formada təzyiq etmək düz deyil. Yəni, ölkədə yaranmış gərgin ictimai-siyasi proseslər buna imkan vermir. Əgər təzyiq olarsa, guya ölkədki mövcud mürəkkəb vəziyyəti daha da gərginləşə bilər. Odur ki, İrəvan bu yolla yenə də Qarabağ məsələsində status-kvonu qoruyub saxlamağa və danişıqlardan boyun qaçırmağa çalışır”. Baş verən son olayları İrəvanın Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində növbəti destruktiv hərəkəti sayan millət vəkili deyib ki, bu məqsədli şəkildə təşkil olunan bir şoudur:

“Bu oyun davam edir və gözəl bir teatr səhnəsi təşkil edilib. Amma izləyəndə bu şounun arxasında nə dayandığını açıqca görmək olar. Bu yolla İrəvan sülh danışıqlarından boyun qaçırmağa çalışır”. Millət vəkili hesab edir ki, beynəlxalq aləm Ermənistanda baş verən bu şouya əhəmiyyət verməməlidir və bölgədə sülhün, sabitliyin yaranmas üçün qanunun aliliyini rəhbər tutaraq İrəvana təzyiqləri artırmalıdır: “Ancaq ciddi beynəlxalq təzyiqlər nəticəsində Ermənistan Azərbaycanın işğal altında olan torpaqları azad etmək mümkün ola bilər. Əks halda sülh olmayacaq. Dünya ermənilərin bu oyununa inanmalıdır və bu oyun davam edir. Ona görə də təzyiq artırılmalıdır”. A.Mollazadə sonda onu da əlavə edib ki, Ermənistan sülhə boyun qoymayacağı təqdirdə, bölgədə sülh hər an pozula bilər:”Hərbi əməliyyatlar bərpa oluna bilər. Ermənistan hər zaman olduğu kimi növbəti dəfə də təxribatlara əl ataraq hərbi əməliyyatlara rəvac verə bilər”.

Mürtəza

Gununsesi.info