FHN 14 nəfəri xilas etdi

  • By admin
  • 03 Oktyabr 2021 12:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən Gununsesi.info-ya  verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 14 nəfər, o cümlədən Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhd edən 6 nəfər bina sakini və Şirvan şəhərində sürüşərək su kanalına düşən 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Gununsesi.info