FHN Dəmir Yolu Vağzalındakı axtarışla bağlı məlumat yayıb

  • By admin
  • 21 Dekabr 2017 21:35
Fövqəladə Hallar Nazirliyi Bakı Dəmir Yolu Vağzalında aparılan axtarışların başa çatması barədə məlumat yayıb. 
Gununsesi.info FHN-nin saytına istinadən xxəbər verir ki, Vağzalın ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə əlaqədar keçirilən əməliyyat başa çatıb.
“Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının keçirdiyi birgə əməliyyat nəticəsində, xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla, təxminən 10 000 kv.m sahəyə vizual baxış keçirilmiş, heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib” – deyə məlumatda bildirilir.
Gununsesi.info