FHN geyim mağazasındakı yanğınla bağlı məlumat yaydı

  • By admin
  • 22 Avqust 2017 17:14

fhn yangin masin

Fövqəladə Hallar Nazirliyi (FHN) Neftçilər prospektində geyim mağazasında baş verən yanğınla bağlı məlumat yayıb.

Bu barədə Gununsesi.info-ya FHN-dən məlumat verilib.

Məlumatda deyilir ki, Səbail rayonunda ümumi sahəsi 150 kvadratmetr olan mağazanın geyinib soyunma otağının taxtadan ibarət arakəsmə divarı və asma tavanı 30 kvadratmetr sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info