FHN Mingəçevirdə çimarliklərdə təhlükəsizlik tədbirləri ilə bağlı reyd keçirib

  • By admin
  • 13 İyul 2017 22:10

0aa4cdbb-0e8a-4815-be14-0065bfd79ca4_292
Fövqaladə Hallar Nazirliyi (FHN) Mingəçevirdə kiçik həcmli qayıqların texniki istismarı və çimarliklərdə təhlükəsizlik tədbirlərinin vəziyyətinin öyrənilməsi məqsədi ilə reyd keçirib.
”Report” xəbər verir ki, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin Daxili su hövzələri şöbəsi tərəfindən təşkil olunan reyd maarifləndirmə xarakteri daşıyıb.
Kür çayının Mingəçevirdən keçən hissəsində başlayan reyd Mingəçevir çimərliklərində yekunlaşıb. Reyddə nazirliyin Aran Regional Mərkəzi, Mingəçevir və Su Nəqliyyatı Polisi, həmçının yerli icra və bələdiyyə nümayəndələri iştirak ediblər.
Əvvəlcə Kür çayında istirahət edən vətəndaşlara xidmət edən 12 kiçik həcmli gəmi və qayığa baxış keçirilib, onların istismar və texniki təhlükəsizlik vəziyyəti öyrənilib. Xidməti həyata keçirən sahibkarlara axşam saatlarında işıqsız sərnişindaşımanın yol verilməzliyi, xilasetmə vasitələrindən istifadənin zəruriliyi barədə məlumatlar çatdırılaraq xəbərdarlıq edilib.
Sonra Mingəçevir çimərliklərində istifadə olunan gəmi, qayıq və digər üzmə vasitələri nəzarətdən keçirilib. Çimərliklərdə təhlükəsizlik zolaqlarının vəziyyəti, sularda xilasetmə dəstəsinin iş rejimi barədə məlumat əldə edilib. Vətəndaşların da yaxından iştirakı ilə xilasetmə vasitələrindən istifadə qaydaları nümayiş olunub.
Daxili su hövzələri şöbəsinin rəisi Kamal Xanlarov, texniki nəzarət üzrə inspektor Rauf Məmmədov, Aran Dalğıc Axtarış Qrupunun rəisi Kamil Allahverdiyev və Dövlət Sularda Xilasetmə Xidmətinin rəisi Rauf Abdullayev çimərliklərə məsğul olan şəxslərə tələb və tövsiyyələrini çatdırıb.
Marifləndirmə xarekterli tədbir iştirakçılarına nəzəri materiallar təqdim olunub.

Gununsesi.info