Türkiyədə terrorçularla atışma – Yaralılar var

  • By admin
  • 13 İyul 2017 21:59

feto_polis

Türkiyənin Qaziantep vilayətində təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda 18 İŞİD üzvü yaxalanıb.

Axar.az xəbər verir ki, tutulan şəxslərin 15 iyul günü Türkiyənin müxtəlif şəhərlərində genişmiqyaslı qanlı təxribatlar törətmək istədikləri məlum olub.

Belə ki, terrorçular 15 iyul uğursuz hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı keçiriləcək mitinq və tədbirləri hədəf almağı planlaşdırırdı.

Saxlanılanlardan 17-si Suriya, 1-i isə İraq vətəndaşıdır.

Faktla bağlı araşdırmalar davam edir.

Gununsesi.info