“Roma” türkiyəli hücumçunu transfer etdi

  • By admin
  • 13 İyul 2017 21:48

8293767jpg
“Başakşəhər” klubunun gənc hücumcusu Cengiz Ündər “Roma” klubuna transfer olub.

Gununsesi.info Goal-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu üçün “Başakşəhər” klubuna 15 milyon avro ödəniləcək.

“Roma” klubu Cengizin 14 iyulda gələcəyini və tibbi müayinədən keçəcəyini açıqlayıb. Futolçunun aviabiletinin fotosu da rəsmi səhifədə paylaşılıb.

Qeyd edək ki, Cengiz Ündər “Bucaspor” klubunun yetirməsidir. 2016-cı ildə 700 min avro qarşılığında “Başakşəhər”ə transfer olmuşdu. O, İstanbul təmsilçisinin heyətində çıxdığı 25 oyunda 7 qol vurub.

C.Ündər bununla da Superliqadan xaricə transfer olan ən bahalı türkiyəli futbolçu ünvanını da ələ keçirib. Ondan öncə bu ünvan 12 milyon avroya “Qalatasaray”dan “Atletiko Madrid”ə keçən Arda Turanda idi.

Gununsesi.info