AFFA-nın prezidenti Rövşən Nəcəf “Sabah” klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub etməsi və UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Gununsesi.info-nun məlumatına görə, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Sabah” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”, – deyə o əlavə edib.










