Bakıda lift şaxtaya düşdü – Yaralanan var

  • By admin
  • 13 İyul 2017 21:37

kjpg
Bakıda liftin şaxtaya düşməsi nəticəsində 1 nəfər xəsarət alıb. Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən binada qeydə alınıb.

“Qafqazinfo” Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, nəticədə 1970-ci il təvəllüdlü Mərdiyev Ramiz Feyzi oğlu xəsarət alıb.

Ona Respublika Neyrocərrahiyyə Xəstəxanasında ilkin yardım göstərildikdən sonra, 3 saylı şəhər Klinik xəstəxanasına aparılıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağır kimi qiymətləndirilir.

Gununsesi.info