
Xarici işlər naziri Hakan Fidan Yunanıstanın xarici işlər naziri George Gerapetritisin dəvəti ilə bu gün Yunanıstana işgüzar səfər edəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yunanlı nazirin səfər öncəsi verdiyi açıqlamalar diqqət çəkib.
İki nazirin görüşündə Egey dənizindəki problemlərin də müzakirə mövzusu olacağı gözlənilir.
Həmçinin Prezident Ərdoğan və Yunanıstanın Baş naziri Mitsotaksın sədrliyi ilə 2025-ci ildə Ankarada keçirilməsi planlaşdırılan 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələləri də müzakirə olunacaq.
Siyasi Dialoq və Müsbət Gündəlik Birgə Fəaliyyət Planı görüşlərinin tarixlərinin də müəyyənləşdirilməsi də gözlənilir.
Orxan Saffari