Kuba inqilabının lideri Fidel Kastronun külünün dəfn edilməsi mərasimi başlayıb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Kuba Televiziyası məlumat yayıb.
- Kastronun külü kortejlə Santyaqo-de-Kubanın Santa-İfiqeniya məzarlığına gətirilib. Korteji minlərlə şəhər sakini müşayiət edib.
Qeyd edək ki, dünən Kuba lideri Raul Kastro bildirib ki, sadə, təvazökar dəfn mərasimi keçiriləcək.
Gununsesi.info












