Fikrət Fərəməzoğluya qarşı işgəncə iddialarına DİN-dən reaksiya

  • By admin
  • 20 Sentyabr 2016 15:10

orxan

 

“Həbsdə olan JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğluya  Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMİ) işgəncə verilməsiylə bağlı yayılan xəbərlər əsassızdır və həqiqəti əks etdirmir”.

Bu haqda Gununsesi.info-ya DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə Fikrət Fərəməzoğlunun yenidən  BMCQMİ-yə aparılması və işgəncələrə məruz qalmasıyla bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib: “Bu barədə iddialar əsassızdır”.

Qeyd edək ki, həbsdə olan JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu Bakı İstinraq Təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) aparılıb. Bu barədə məlumatı baş redaktorun həyat yoldaşı Faiqə İbişbəyli yayıb.

Xatırladaq ki,  F. Fərəməzoğlu arda-arda iki müraciət yayaraq, BMCQMİ-də işgəncələrə məruz qaldığını bildirib. Onun sözlərinə görə, 34 gün sözügedən idarədə saxlanılıb. 12 gün qandal qolundan açılmayıb. Baş redaktor bildirib ki, onun başına yumruq və təpik zərbələri endirilib. Onun bu müraciətlərə görə yenidən BMCQMİ-yə qaytarıldığı bildirilir. Fikrət Fərəməzoğlunun yaxınları ona yenidən işgəncə veriləcəyindən narahatdırlar.

fikrat

Gülnaz Qənbərli

Gununsesi.info