Fillərin ölmüş filə görə yas saxladığı bir daha təsdiqləndi…

  • By admin
  • 23 May 2022 11:05

“Onlar cəsədləri mühafizə edir, insanları qovur, xortumları ilə sifətinə toxunur, bəzən ucadan nərildəyərək, cəsədləri “oyatmağa” cəhd edir…”

Fillər ölmüş fili qoruyur və onu ayaq üstə qaldırmağa cəhd edir.
Bunu Smitson təbiəti mühafizə biologiya instututu mütəxəssislərinin rəhbərliyi altında beynəlxalq zooloqlar komandası müəyyən edib və öz müşahidələrini “Royal Society Open Science” jurnalında dərc edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Qazeta.ru” saytı yazıb.
Tədqiqatçılar YouTube kanalında fillərin ölən fillərin yanında videogörüntülərini təhlil edib.
Müəyyən edilib ki, fillər cəsədləri müfafizə edir, insanları qovur, cəsədin yanında yatır, ölən fili “oyatmaq” istəyir- onları itələyir, silkələyir və ya qaldırmağa cəhd edir.
Bundan başqa, fillər ucadan cəsədin üzərində nərildəyib.
Həmçinin onlar  xortumları ilə cəsədin sifətinə və qulaqlarına toxunub, mümkündür ki, onu qoxlamaq istəyib.
Ümumiyyətlə, fillər ünsiyyətdə kifayət qədər təmaslardan istifadə edir, – alimlər qeyd edib.
Onlar tez- tez xortumları bir- birinə dolaşan vəziyyətdə gəzirlər. Bəzi dişi fillər ölən balalarını gəzdirmək üçün xortumlarından istifadə edir.
Belə davranış fillərə xas deyil, onların sağ balaları müstəqil şəkildə dəstənin arxasınca gedir.
Dişi fillərin ölmüş balalarənı xortumlarında gəzdirməsi ona işarə ola bilər ki, balalarına nəsə olduğunu hiss edir,- araşdırmaçılar izah edib.
Hələlik, fillərin ölümü necə anladıqları məlum deyil. Müəlliflər ümid edir ki, gələcək müşahidələr fillərin koqnitiv qabiliyyətlərini də aşkar etməyə imkan verəcək.
Gununsesi.info