Kubada bir həftədir davam edən “Alberto” subtropik fırtınası nəticəsində baş verən daşqınlarda 7 nəfər ölüb.
Gununsesi.info -nun məlumatına görə, bu barədə ölkənin mülki müdafiə Baş Qərargahı bildirib.
Təbii fəlakət nəticəsində 20 mindən artıq insan təxliyə edilib. Əsas yolları su basıb. Dəmir yollarının fəaliyyəti də dayanıb. Bir sıra rayonlarda elektrik enerjisi kəsilib, 40 mindən çox ev işıqsız qalıb. Banan, lobya, düyü və tütün plantasiyalarına ziyan dəyib.