Sahibə Qafarova Fransaya gedir  

  • By admin
  • 02 İyun 2018 18:24
Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün iyunun 3-dən 6-dək  Fransada səfərdə olacaq.

Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, Parisdə keçiriləcək komitələrin iclaslarında Suriyaya qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti, yeni  texnoloji  vasitələrdən miqrantların xeyrinə istifadənin əsasları, Avropada diaspora təşkilatlarının fəaliyyəti, uşaqlara qarşı  zorakılıqla mübarizə və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini  bildirəcək.

Daha sonra Sahibə Qafarova Almaniyanın İqtisadi Əməkdaşlıq  və Federal Nazirliyinin dəstəyi ilə “Cənubi Qafqazda Yerli özünüidarəetmə  Proqramı” çərçivəsində təcrübə mübadiləsi toplantısında  iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya  səfər edəcək.