Formula 1-in vaxtı dəyişdirildi

  • Müəllif: admin
  • 02 Fevral 2018 11:02

2018-ci ildə keçiriləcək Formula-1 üzrə bütün Qran-Prilərin başlama saatı dəyişdirilib. 

Gununsesi.info xəbər verir ki, bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb.

Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 15:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib. İndi onlar Qran-Pridən əvvəl daha çox reklam verə biləcəklər.

27-29 apreldə keçiriləcək Azərbaycan Qran-Prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.

Gununsesi.info