Formula-1 yarışları üçün qurulan bütün qurğular sökülür – SƏBƏB

  • By admin
  • 09 May 2018 20:48

Paytaxtın mərkəzi hissəsində Formula- 1 yarışları üçün qurulan bütün qurğular tam söküləcək. Gununsesi.info xəbər verir ki, buna səbəb bu il Bakıda böyük hərbi tədbirlərin keçirilməsidir. Qurğuların sökülməsi isə növbəti ay ərzində tam yekunlaşacaq.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, Bakıda Formula-1 yarışları üçün qurulan bütün qurğular tam şəkildə söküləcək və şəhər əvvəlki vəziyyətinə qaytarılacaq.

Hazırda yarışın keçirildiyi ərazinin bir neçə hissəsindən qurğuların söküntüsü işi həyata keçirilir. Artıq Hökümət evi ilə üzbəüz və Azneft dairəsində qurulan tiribunlar sökülərək ərazidən daşınıb.

Qeyd edək ki, Müadifə Nazirliyi tərəfindən rəsmi açıqlama olmasa da, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə hərbi paradın keçiriləcəyi gözlənilir.

Gununsesi.info